top of page

SON XƏBƏRLƏR

İyunun 7-si Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüş keçirilib.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre TÜRKPA-nın 13-cü Plenar İclasında iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdədir.

Bu səfər çərçivəsində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə “Mangal Steak House”da işgüzar axşam yeməyində Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre 40-dan çox İCMA və Marsol Group üzvü olan sahibkarla görüşüb.

İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev açılış nitqində çıxış edərkən Azərbaycan - Şimali Kipr Türk Cümhuriyyəti münasibətlərinin günü-gündən irəliləməsini xüsusi ilə qeyd edib.

Cənab Zorlu Töre çıxışı zamanı Türk dünyasının tarixi və milli kökləri əsasında qurulan dostluq və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinin önəmini vurğulayıb. O, qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli formatda davam edəcəyini, eləcə də Şimali Kiprin müstəqilliyində iqtisadi inkişaf və əməkdaşlıq imkanlarına yönəlmiş fəaliyyətlərinin davam etdiyini bildirib

İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) 5 iyun tarixində, “İnşaat sektorunun təqdimat tədbiri” baş tutub. Tədbir Marsol Group və Paşa Həyat Sığortanın tərəfdaşlığı ilə həyata keçirilib.

İnşaat sektorunun təqdimat tədbiri, iş dünyasında yeni əlaqələr qurmaq və inkişaf etmək üçün böyük bir imkan təşkil edir. Regional Construction Group'un bu tədbirdə iştirakı, şirkətinizin sektördəki qabaqcıl fikirlərini, texnologiyalarını və təcrübəsini digər iştirakçılarla paylaşmaq üçün ideal bir platformdur. Marsol Group və Paşa Həyat Sığorta kimi təcrübəli şirkətlərin tərəfdaşlığı da bu tədbiri daha dəyərli edir.

Marsol Group partnyorlarının növbəti ofis ziyarəti tikinti, təmir və dizayn sektorunda fəaliyyət göstərən "Unicons" şirkətinə olub.

"Regional Construction Group"un direktoru Ayaz Məmmədov tədbirdə iştrak edib.

Mayın 13-ü görüş çərçivəsində şirkətin direktoru Həsənağa Paşayev və həmtəsisçisi Cahid Quliyev təqdimat edərək inşaat layihələri, istifadə olunan müasir texnologiyalar və keyfiyyət standartları haqqında ətraflı məlumat verib, sahibkarlarla inşaat sektorunda əməkdaşlıq təcrübələri müzakirə olunub.

Aprelin 19-u 2024-2025 Marsol Group sponsoru olan "Regional Construction Group"un ofisini növbəti dəfə ziyarət edildi.Görüş çərçivəsində "Regional Construction Group"un direktoru Ayaz Məmmədov təqdimat edərək, şirkətin sektordaki mövqeyi və həyata keçirilən layihələri haqqında məlumat verdi.Təbii ki, bu məlumatlara əsasən sahibkarlarımız da öz təcrübələrini və fikirlərini bölüşərək müzakirə apardılar.2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunduqdan sonra ofis ziyarətimiz başa çatdı.